Ru
13:20 / 30 May 2022

Nəsli tükənən 2 bəbir doğuldu

3196

Dünyada nəsli tükənməkdə olan, ən nadir heyvanlardan biri Amur bəbirləri ilə bağlı yeni xəbər var.


Bakupost.az xəbər verir ki, ABŞ-ın Missuri ştatındakı Sent-Luis zooparkı nəsli kəsilməkdə olan iki Amur bəbirinin dünyaya gəldiyini açıqlayıb.


Yeni doğulan iki dişi balalara Anya və İrina adları verilib. Zooparkın əməkdaşı Stiv Birçer "Amur bəbirlərinin sağ qalması üçün hər doğum son dərəcə vacibdir", - deyə əlavə edib.


Qeyd edək ki, yalnız 120 Amur bəbirinin Rusiya və Çindəki vəhşi yaşayış yerlərində qaldığı bildirilir.




Fərid
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər