Ru
14:58 / 23 Yanvar 2023

Niyə bu gündəyik? - 40 milyon qoyun ölümünü gözləməzdi... - VİDEO

5061
ORTADA VƏTƏN, DALDA KÜRSÜ DAVASI, NEÇƏ TAYFA LiDERİ, "KQB" AFTAFASI...

Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyaları tezliklə ölkənin bütün bölgələrinə yayıldı. Güney Azərbaycan türklərinin də fəal olduğu bu aksiyalar hazırda nisbətən səngisə də, hələ də davam edir.

İrandakı etirazlar fonunda Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış siması, Amerikada məcburi mühacirətdə yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının başqanı Mahmudəli Çöhrəqanlı 17 illik fasilədən sonra Azərbaycana səfər edəcək. Onun yanvar ayının sonuncu ongünlüyündə 3-4 gün Bakıda olacağı bildirilir.

Qeyd edək ki, səfər öncəsi açıqlama verən M.Çöhrəqanlı İranda 4 aydan artıqdır davam edən etirazların inqilab xarakteri almağa başladığını bildirib. Onun sözlərinə görə, Tehran rejimi qarşısında duran bütün insanlara qarşı şiddətli repressiyaya əl atır, uşaq-böyük, qoca-cavan demədən həbs edir, öldürür. 16-17 yaşlı yeniyetmə qızlar belə rejimin qətllərindən kənarda qala bilmir.

"Buna baxmayaraq, cinayətkar rejimə qarşı etirazlar davam edir və edəcək. Bu aksiyalar azala, çoxala, yaxud səngiyə bilər, ancaq dayanmayacaq. İnanıram ki, 2023-cü ildə vətənimiz, millətimiz fars-molla rejiminin əsarətindən qurtulacaq. Rejim tarixin zibilliyinə atılacaq, İranda yaşayan xalqlar öz hakimiyyətlərini qura, öz müqəddəratlarını təyin edə biləcəklər", - M.Çöhrəqanlı deyib.

Onu da qeyd edək ki, 90-ci illərin sonu - 2000-ci ilin əvvəllərində İranda milli azadlıq hərəkatında fəal iştirak edən M.Çöhrəqanlı uzun illər ciddi təzyiq və repressiyalara məruz qalıb. İşdən çıxarılan və Təbrizə "sürgün" olunan M.Çöhrəqanlı bir müddət sonra ölkəni tərk edərək, Bakıya gəlməyə məcbur olub. 2005-ci ildən isə o, ABŞ-a mühacirət edib.

M.Çöhrəqanlının Azərbaycanda tanınmasında xüsusi rol oynamış Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı 17 il əvvəl ona həsr etdiyi “Atəş böcəyi” poemasının bir hissəsini “Sabir Rüstəmxanlı söhbətləri”ndə təqdim edir:



Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər