Ru
15:11 / 20 Mart 2023

Nizaməddin Quliyevin qardaşı oğlu faciəvi şəkildə öldü - FOTO

11546
Naftalanda sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb.

Bakupost.az Report-a istinadla bildirir ki, 1990-cu il təvəllüdlü Quliyev Cavid Müsəllim oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.

Qeyd edək ki, C.Quliyev Goranboy və Ağstafa rayonlarının sabiq icra başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər