Ru
06:10 / 23 İyun 2022

Obyektlərindən ayda 150-200 min icarə haqqı yığan deputatlarımız… - Onların maaşı niyə qalxsın ki?

11845












Osman Gündüz




Deputatların maaş artımına yanaşma kökündən qüsurludur.


Ayda 200 min icarə haqqı alan deputatın maaşını 2-3 dəfə artırmaq kimin ağlına gəlib?


Bu gün Milli Məclis deputatların maaşının kəskin surətdə– 43% artırılması, onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə verilməsini 1-ci oxunuşda qəbul edib.


Dəyişiklik qəbul olunsa sıravi deputatların maaşları , hər aylıq əlavələri də nəzərə almaqla 7455 manata yüksələcək.

Əgər deputat sırf peşəkar formada deputatlıqla məşğul olarsa, peşəkar formada qanun yaradıcılığı ilə məşğul olacaqsa bu məbləğdə maaş tam normal qarşılana bilər.

Hamı bilir ki bu tip deputatlar olduqca azdır, şəxsən mən belələrinin hamısını tanıyıram, parlament rəhbərliyində təmsilçilikdən tutmuş sıravi deputatadək belələri var.


Düşünürəm ki, kənardan heç bir gəliri olmayan bu tip deputatların yaradıcı analitik fəaliyyət üçün, deputat fəaliyyəti üçün qeyd olunan məbləğ bəlkə də azdır.

Amma hamı da bilir ki, bizim Milli Məclisdə vəziyyət necədir.

Deputatların böyük əksəriyyətinin real biznesləri var. Bəziləri heç bunu gizlətmirlər də və müsahibələrində qeyd edirlər.

Təkrar edirəm, mən onların necə seçilməsindən daha çox, indiki oliqarx durumlarına diqqət çəkmək istərdim.

Deputat tanıyıram ki, yalnız obyektlərindən topladığı aylıq icarə haqqı 150-200 min manatdır. Halal xoşu olsun.
Seçicilərinin hamısı da bunu bilirlər.

Amma belə olan halda onun maaşını artırmaq nə dərəcədə doğru yanaşmadır.

Təsəvvür edin ki, indi bu tip deputat 150 mindən əlavə həm biznesindən gəlirlər əldə edəcək və həm də 7455 m. da dövlətdən alacaq.

Bildiyim qədər bəziləri heç bunun fərqində də deyillər.

Amma kimlərsə bu məsələni gündəmə gətirib və böyük əksəriyyət biznesmen, oliqarx deputatlar da, hətta arzulamasalar belə bu cür biabırçılığa qol qoymalıdır.
Fikrimcə, məsələnin bu formada qoyuluşu və zaman-zaman bu formada artımlar absurd bir vəziyyət yaradır.

Ümid edirəm bu məsələni gündəmə gətirənlər baş verənlərin fərqindədir və ağlabatan bir yanaşma ortaya qoya biləcəklər.

Şərhlər
  • Sadə vətəndaş

    Sanki ölkə özbaşına buraxılıb.Hansı nazir.hansı deputatın başı nə düşünürsə səhərisi qanuni hal alır.Bəs onda Prezident.Baç nazir nəyə gərəkdir? Ölkə sivil qanunlatla nə zaman idarə olunacaq?Axı insanlar zülüm içərisindədirlər.İntiharlar baş alıb gedir.Təhsil yox,səhoyyə özbaşına, qanunlar işləmir,polis zoraklılğı,məhkəmələrdə rüşvət, şikayətlər baxılmır,insanların yaşam imkanı məhdud.Biz hansı cəmyyətdəyik?

  • Pensiyaçı

    Ölkədə hər şeyin baş -ayaq olduğu elə bu əsassız və ağılsız deputat (əgər onlar həqiqətən deputat funksiyalarını yerinə yetirirlərsə ) maaşının artırılması ilə əyani sübut olunur.Bu "deputat" ayda 80-300 manat alan insanın yaşamı ilə bir dəfə də olsun maraqlanaraq MM-də müzakirəyə çıxarılaraq yardım barədə düşünübmü? Bəs onlar niyə utanmazlıq edib öz maa.larını bu qədər artımına çalışıblar.Hansı ağıllı bunu əsaslı hesab edib?

  • Vahid

    Toxun acdan xəbəri olmaz!

  • Vətəndaş

    Belə təyin olunmuş Parlamentin də belə absurd qərarları olması şübhəli deyil.Amma niyə Parlament özbaşına buraxılıb ki,belə qərarlar qəbul edir?Bəs büdcə ayırmaları,hesabat,məsuliyyət? Niyə MM bunlardan kənardadır? Biznecmrnləri,oliqarxları rüşvətlə yaltaqlıqla,və sair səbəblərlə parıamentə yşğanda nə düşünrdülər?

  • Pensioner

    Deputatlar hansı ağır əməklə məşğuldrlar ki, onların maaşı artırılır? Guya onlar az maaş alırdılar? Bu nə oyunbazlıqdır.maaş insanın yaşaması üçün dövlətin verdiyidir.Məgər bir adamın yaşaması üçün 5-6 min manat maaş azlıq edir? bəs onda 150-300 manat aylıq müavinət alan şəxslər necə yaşamalıdırıar ? Bu "Millət vəkilləri" bunu düşünürlərmi?.Onlar ölkə vətəndaşı dellərmi? Yaşam minimumunu bi vəkillər hansı meyarlarla təyin edib qəbul ediblər?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər