Ru
20:30 / 26 Dekabr 2022

Oğurlanmış milyonların yaratdığı dibsiz uçurum: dövləti kimlər sarsıdır? - Sabir Rüstəmxanlı söhbətləri - VİDEO

9425
"Həyatda insanın rəftarını və davranışını nizamlayan iki güc var: Biri ictimai əxlaq, digəri isə qanunlardır. Biz qanun deyirik, amma dədə-babalarımız törə deyib. Törə cəmiyyətin təcrübəsindən doğulan, onun ümumi həyat tərzinə uyğunlaşan qanunlar sistemidir".

Bu fikirləri Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Bakupost.az saytının "Sabir Rüstəmxanlı söhbətləri" verilişində deyib.

Millət vəkilinin fikrincə, törələr bəzən əsrlər boyu dəyişmir:

"Çünki cəmiyyətin istəyi bəllidir. O istəyi dəyişdirmək, başqa səmtə döndərmək çətindir. Amma qanunlar daha çox hakimiyyətlər tərəfindən yaradıldığına, onların marağına xidmət etdiyinə görə tez-tez dəyişilir, onlara əlavələr edilir. Bu iki amildən biri olan əxlaq insanın cəmiyyətdəki yerini müəyyənləşdirir, ona güc verir. Bəzən onu zirvələrə, bəzən isə bataqlıqlara aparır. Bəzən də insanın əxlaqı köməyə gəlmir, onu idarə edə bilmir. İnsanın əxlaqı cəmiyyətin maraqlarıyla düz gəlmirsə, onda qanunlar onu nizama salır".


Qanunu qorumaq üçün təyin olunan şəxslərin özü qanunu daha çox pozur

Bəzən quldurun yekəsi əxlaqdan və dövlət marağından danışır

Ölkədə rüşvət və talançılıq zənciri var. O zəncir qırılmalıdır ki, proses dayansın

Balaca məmurların balaca milyonları, böyük məmurların böyük milyardları var

Büdcəmiz böyük olsa da, oğurlanmış milyonlar dibsiz uçurum yaradır və dövlət bundan sarsıntı keçirir

Məmurlara verilən maaşlar yaşamağa kifayət edər. Əgər onlar normal insan həyatı yaşamaq istəyirlərsə...

Əyrilik, korrupsiya bataqlığında boğulan cəmiyyətdə təmiz şəxsiyyətlərin yaşamaq imkanları minimuma enir, beyinlər donur, yaradıcılıq imkaları tükənir

Bizdə məmurlara nəzarət bəzən xeyirdən çox zərər vurur. Çünki nəzarət edənlərin də məqsədləri doğru deyil

Dövlətin yüksək vəzifəsində otur, bütün təminatlarını ödə, etdiyin əməllər də dövləti sarsıtsın. Belə olmaz.
Məmurlarımız elə bilirlər ki, bu vəzifələr onlar üçün yaradılıb.

Bəziləri təkcə ailəsi, qohumları üçün deyil, bütün nəsilləri, tanışları üçün yüzillik para qazanırlar

Cəmiyyətdə insan sevgisi və bu sevgiyə inam olmalıdır

Millət vəkilinin qanunlar və əxlaq barədə mülahizələri haqda daha ətraflı "Sabir Rüstəmxanlı söhbətləri"ndə dinləyə bilərsiniz...



Aynur
BakuPost
Şərhlər
  • Adil Həsənov

    Düzdür Sabir müəllim amasızcasına talayırlar bunlardan biridə Ağcabədi regional mədəniyyət idarəsinin rəisi Qalib həsənovdu adam işlədiyi dovrlərdə milyonlarla sərvətə qovuşub məharətli oğrudu ama bu adama gpzüm üstə qaşın deyən yoxdu.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər