Ru
12:41 / 05 Avqust 2022

“Ölkədə sabitliyi pozmaq istəyirlər...” – MTN polkovniki

5829
Xəbər verdiyimiz kimi, avqustun 4-də radikal dini qrupun üzvləri Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib.


Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədib, binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.




Bu təxribatlar nəyə hesablanıb? Səfirlik binalarında təhlükəsizlik necə təmin olunur? Burada məsuliyyət kimlərin üzərindədir?


Məsələ ilə bağlı sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Bakupost.az -a açıqlama verib.


Polkovnik bildirib ki, dini radikal qruplaşmalar Azərbaycanın müstəqilliyini həzm edə bilmirlər:


“Azərbaycan səfirliyinə ilk dəfədir ki, hücum olur. Ermənistan bizim qatı düşmənimiz olsa da, ermənilər bu və ya digər ölkələrdə səfirliklərimiz qarşısında dinc aksiyalar keçiriblər. Amma heç vaxt belə hücum etməyiblər.Təsəvvür edin ki, Böyük Britaniyadakı səfirliyimizə hücum edənlər ermənilərdən də betər düşməndirlər. Dəfələrlə şahid olmuşuq ki, müstəqilliyimizi məhz bu cür radikal dindarların gözü götürmür. Hər vasitə ilə müstəqilliyimizə qarşı çıxırlar”.


İ. İsmayıl qeyd edib ki, Azərbaycan bayrağını təhqir edənlər ən amansız şəkildə cəzalanmaldır:


“Minlərlə igidimizin şəhid olduğu Azərbaycan bayrağını yerə atıblar. Onların hansısa tələbləri bundan sonra nəzərə alına bilərmi? Onların buradakı dostları kimlərdir? Bu adamlar Azərbaycan bayrağını yerə atanlarla dostluq edirlər. Ona görə onlar da ən qatı düşmənlərimizdir. Bunlara qarşı amansız olmalıyıq. Onların tutulmayan tərəfdarlarına qarşı daha sərt münasibət göstərməliyik. Bilməliyik ki, içimizdə sabitliyi pozaraq, xarici düşmənlərə - erməniyə, rusa, farsa şərait yaratmaq istəyənlər var. Kimdir o Şirazi? Azərbaycan bayrağının yanında onlar bir heçdir”.

Ekspert səfirlik binalarının təhlükəsizlik məsələsinə də diqqət çəkib:


“Böyük Britaniya Krallığı Vyana Konvensiyasına əsasən, bütün səfirliklərin təhlükəsizliyini təmin etməlidir. Amma görünür, etməyib. Videodan hiss olunur ki, polis işçiləri hadisəni müşahidə edirlər. Hətta onlardan bəzilərini buraxıblar. Bu, nə deməkdir? Onlar son nəfərinə qədər həbs olunub, cəzalanmalıdır. Hesab edirəm ki, bizim diplomatik nümayəndəliyimiz, yaxud XİN Böyük Britaniya Krallığına öz kəskin etirazını bildirəcək. Eyni zamanda səfirlikdə olan əməkdaşlarımızın da təhlükəsizlik məsələsi var. Daxildə təhlükəsizlik məsələsini qorumaq üzrə məsul şəxs olur. Ekstremal situasiyada hərəkət etmək lazımdır. Belə başa düşdüm ki, dini radikallara qarşı heç kim müqavimət göstərm'yib. Ən azından bizimkilər müqavimət göstərə, əlbəyaxa döyüşə girə bilərdilər. Əgər bizimkilərdən bir nəfər də orada olsaydı, müqavimət göstərməli idi. Məsələnin mahiyyəti budur ki, islam bayrağını alət edərək, Azərbaycanın müstəqil simvolu olan bayrağımıza xələl gətiriblər. Buna görə həm Londondakı, həm də ölkəmizdəki dini radikallar ağır cəzalandırılmalıdır”.


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər