Ru
00:01 / 04 Oktyabr 2022

OPEC-in iclası ləğv edildi

2261
OPEC+ texniki komitəsinin oktyabrın 4-nə planlaşdırılan iclası ləğv edilib.


Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə nümayəndə heyətlərindən birindəki mənbə məlumat verib.


Qərarın səbəbi açıqlanmayıb.


Qeyd edək ki, OPEC alyans ölkələri nümayəndələrinin 2020-ci ilin martından bəri ilk dəfə oktyabrın 5-də təşkilatın Vyanadakı mənzil-qərargahında üzbəüz görüş keçirəcəyini bildirib. Əvvəlcə monitorinq komitəsinin iclası, daha sonra isə nazirlərin iclası nəzərdə tutulub. İddialara görə, OPEC+ ölkələri neft hasilatını sutkada 1 milyon bareldən çox azaltmağı nəzərdən keçirir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər