Ru
13:35 / 22 Sentyabr 2022

"Ordumuzun uğurlu əməliyyatları sanki qəsdən lenta alınmır" - Rey Kərimoğlu

1331
"Hərbi jurnalist problemi Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və son döyüşlərdə də özünü göstərdi. Azərbaycanda kifayət qədər jurnalistlərimiz var ki, döyüş nöqtələrindən peşəkar yazı hazırlaya bilər. Amma təəssüf ki, onları döyüşlər gedən ərazilərə buraxmırlar" .


Bu fikirləri Bakupost.az -a hərbi jurnalistlərin fəaliyyəti ilə bağlı danışarkən tanınmış jurnalist, “Qarbağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirib.


O qeyd edib ki, hərbi jurnalistlərimiz olsa da, təəssüf ki, onlar döyüş bölgəsinə buraxılmır:


"Sanki qəhrəman oğullarımızın uğurları lentə alınmasın deyə bunu planlı şəkildə edirlər. Müdafiə Nazirliyinin özünün kifayət qədər peşəkar çəkiliş, reportyor qrupları, təlim görmüş, savadlı, vətənpərvər kadrları var, amma onların da çəkdikləri nəsə yoxdur. Ya çəkmirlər, ya da çəkdikləri yayılmır. Ordu rəhbərliyi, ölkənin siyasi hakimiyyəti bu məsələ ilə bağlı qərar verməlidir. Azərbaycan Ordusunun əməliyyatları lentə alınmalıdır. Doxsanıncı illərdəki imkanlara baxanda, o zaman baş verənlər çox yaxşı lentə alınıb. Həmin illərdən əlimizdə çoxlu kadrlar var, nəinki indi...Düzdür, döyüş kadrları azdır, daha çox faciəni əks etdirən kadrlar çəkilib, lakin indiki uğurlu əməliyyatlardan heç nə yoxdur".




R. Kərimoğlu Azərbaycanda kifayət qədər hərbi reportyorların olduğunu da diqqətə çatdırıb:


"Sadəcə, bir nəfəri misal gətirmək istərdim, Seymur Kazımovu. Kifayət qədər vicdanlı, obyektiv və məsuliyyətini dərk edən dəyərli jurnalistdir. Amma onu da döyüş zonasına buraxmadılar. Bunu kimlər edir, hələ də bilinmir. Seymur Ukraynadan çox gözəl reportajlar hazırlayır, amma bizim özümüzdə ona icazə vermirlər. Və yaxud, Səxavət Məmməd. Çox istedadlı və peşəkar bir jurnalistdir. Hərbi jurnalist kimi də müxtəlif ciddi təlimlərdə iştirak edib. Amma belələrini cəbhə bölgəsindən yazmağa göndərmirlər. Dövlətin məsul şəxsləri hərbi təlim görmüş jurnalistlərimizin döyüşlər gedən ərazilərə buraxılmaması haqqında fikirlərini dəyişməlidir".


Fərid
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər