Ru
10:43 / 11 İyun 2022

Oyuna düşdüm, bir qıza mesaj yazdım... - Aynişanın keçmiş əri

3760
"Belə bir sual verim. Düzgünlüyü bir kənara qoyuram, mən nə dərəcədə xəyanət edə bilərəm? Mən və həyat yoldaşım yetərincə tanınmırıqmı? Kiməsə yazıb və görüşmək şansım varmı? Bunu istəsəm belə edə bilərəmmi? Mən ailəmə xəyanət etməmişəm. Yazmağıma yazmışam. O da kiçik bir oyuna düşdüm deyə, yazdım. Amma heç kim deyə bilməz ki, Kənan evli ola-ola, hər hansı bir qızla görüşüb. Aranı qızışdıran ortalıqda gəzən sözlərdir. Sizə bir söz deyirəm, qulaqdan-qulağa o söz 10 formada gedir. Kim necə istəyir, elə də anlayır, elə də izah edir. Biz yıxıb-sürüməyə meyilli insanlarıq. Biz artıq belə formalaşmışıq".


Bakupost.az xəbər verir ki, bu sözləri bloger Aynişan Quliyevanın keçmiş həyat yoldaşı - fitnes məşqiçi Kənan Əliyev qonaq olduğu rejisser Nail Naiboğlunun Yutubda yayımlanan "Qırmızı" layihəsində deyib.



"Deyirlər ki, Aynişanla evliliyinizin pozulmasında səbəbkar Əməkdar artist Aybəniz Haşımovadır" - sualına isə belə cavab verib:


"Əsla bu belə deyil. Aynişanla mən insanıq ki, münasibətlərimizə üçüncü şəxsin girməsi mümkün deyil. Aybəniz xanım elə bir insan deyil. Böyükdür, təbii ki, qızıdır. Tövsiyələr verə bilər. Amma bunun bizi ayıracaq tövsiyə olduğuna inanmamışam, inanmıram da. Hansı ana istəyər ki, onun övladının ailəsi dağılsın?".





Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər