Ru
09:40 / 15 Yanvar 2022

Evində qumar oyunları təşkil edirmiş - FOTO

947
Yaşadığı evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakupost.az -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etməsi müəyyən olunub.

Keçirilən baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb. Həmçinin həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.
Evində qumar oyunları təşkil edirmiş -  FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər