Türkiyəli müğənni, aktyor Özcan Denizin özündən 22 yaş kiçik modelyer Samar Dadgarla evləndiyi iddia olunub.
Bakupost.az xəbər verir ki, 50 yaşlı Özcan Dəniz uzun müddətdir birlikdə olduğu 28 yaşlı iranlı modelyer Samar Dadgarla ötən aylarda evlilik təklifi edib.
"Söylemesem olmaz" proqramında münasibətlərini gözdən uzaq yaşamağa üstünlük verən cütlüyün həftə sonu Zekeriyaköydəki evlərində nikah masasına oturduğu iddia edilib. Sakit-səssiz ailə quran cütlük evlilik xəbərləri ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, 2018-ci ildə Feyza Aktanla ailə quran Özcan Dəniz 2019-cu ildə mübahisəli şəkildə ondan boşanıb. Kuzey adlı oğullarının himayədarlığına görə keçmiş həyat yoldaşı ilə tez-tez məhkəməyə verilən Özcan Dənizin şəxsi həyatı və zorakılığa məruz qaldığı iddiası ilə bağlı iddia ortaya atılıb.
Aygün
BakuPost