Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi M.F.qızı məktəbin 3-cü mərtəbəsindən yıxılması nəticəsində xəsarət alıb.
Bakupost.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
O, qeyd edib ki, hazırda xəstənin vəziyyəti sabitdir.
Həmçinin, vurğulanıb ki, şagirdə Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev və Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfov baş çəkiblər.
Qeyd edək ki, Masallıda məktəbli qız intihara cəhd edib. O, sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.