Ru
22:53 / 24 Noyabr 2022

Pakistanın Baş naziri Türkiyəyə səfər edəcək

1397
Pakistanın Baş naziri Şahbaz Şərif Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.


Bakupost.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin mətbuat xidməti məlumat yayıb.


Noyabrın 25-də başlayacaq səfər 2 gün davam edəcək.


Şərif İstanbul Gəmiqayırma Zavodunda Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən hərbi gəminin istismara verilməsi mərasimində iştirak edəcək.


Şahbaz və Ərdoğan ikitərəfli münasibətlər, regional vəziyyət və ümumi maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparacaqlar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər