Ru
11:54 / 22 Sentyabr 2022

"Pandemiyanın sonuna yaxınlaşırıq" - Səhiyyə naziri

1267
"Azərbaycanda yetərincə vaksin var. Bu günə qədər heç bir peyvənd vurdurmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram".


Bakupost.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.


Nazir Azərbaycanda pandemiya ilə bağlı vəziyyəti də açıqlayıb:


"Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonuna yaxınlaşması ilə bağlı işıq görüldüyünü bildirib. Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər