Ru
11:58 / 05 İyul 2022

Pandemiyanın yeni dalğası ilə bağlı bədbin proqnoz - Vəziyyət hər an dəyişə bilər

3305
Xəbər verdiymiz kimi, nüfuzlu “Pfizer” əczaçılıq şirkətinin baş direktoru Albert Burla pandemiyanın yeni dalğasının başladığını söyləyib.

Baş direktorun iddiasına görə, bəşəriyyət növbəti dalğa təhlükəsinə qədəm qoyub.


Düzdür, Azərbaycanda koronavirusa yoluxma statistikası aşağıdır, karantin rejimi ilə bağlı bir çox məhdudiyyətlər aradan qaldırılıb. Lakin pandemiyanın yeni dalğası yeni qərarları zəruri edə bilər.



Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva Bakupost.az -a açıqlama verib:


Millət vəkili bildirib ki, öncədən proqnoz vermək mümkün deyil:




“Dünyada COVID-19 pandemiyası davam edir. Eyni zamanda, qarşıdan da payız fəsli gəlir, respirator xəstəliklərin artma ehtimalı var. Ona görə də heç kəs proqnoz verə bilməz ki, bizi payızda və qışda nələr gözləyir. Hər bir halda biz də sığortalanmalıyıq. Havaların soyuması ilə əlaqədar yeni mutasiyalar, formalar əmələ gələ bilər. Pandemiyanın yeni dalğası ölkəmizdə də ola bilər. Ona görə bizim üçün ən optimal variant peyvəndlənmədir. Üçüncü doza peyvəndin vurulmasının nəticəsində bu gün ölkəmizdə müsbət nəticələrə nail olunub. Eyni zamanda bir sıra qapanmalar da ləğv olunub. Yenə də ehtiyatı əldən verməməliyik. Payızda nəyin olub-olmaması haqqında öncədən proqnoz vermək mümkün deyil. Lakin hər an vəziyyət dəyişə bilər”.


Fəridə
Baku Post
Şərhlər
  • Rufet

    Camaati qırıb yaxxşı pul qazandılar dadı damqlarinda qalib Bu utanmire danişir

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər