Ru
12:34 / 07 Dekabr 2022

Parkda ağacları kəsib obyekt tikdilər, başçı "xəbərsizəm" deyir - VİDEO

2970
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi,1 ünvanında kəsilən ağacların yerində naməlum obyektin tikintisi baş tutub.

Bakupost.az xəbər verir ki, bu barədə Baku TV-nin "Qaynar xətti"nə şikayət daxil olub.

Tikintini həyata keçirən şirkətin rəsmisi ərazidə jurnalistlərin çəkiliş aparmasına icazə verməyib.

Əjdər adlı şəxs jurnalistlərə “hörmət” də təklif edib:

“Ərazi 10 il bundan əvvəl alınıb. Orada heç bir ağac kəsilməyib. Heç bir sənəddə qeyri-qanunilik yoxdur. Şəhərdə görüşə bilərəm. Əziyyətiniz nədirsə, 5-10 manat verərəm. Rüşvət təklif etmirəm”.

Daha sonra Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və aidiyyatı qurumların nümayəndələri əraziyə gəlib.

İcra başçısı jurnalistlərin tikinti gedən hissəyə keçməsinə razılıq verib.

İcra hakimiyyəti və digər qurumlar parkda ağacların kəsilib yerində obyekt tikilməsindən nədənsə yanlız çəkilişdən sonra xəbər tutublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Bakupost.az -a verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır.




Aynur
BakuPost
Şərhlər
  • t.ədalət

    Başçı yalan deyir.Pulunu almasa heç kim heç nə edə bilməz.Nərimanov rayonu ərazisində ayaqları xəstə olan bir qadın birinci mərtəbədəki mənzilindən həyətdəki kiçik bağçaya qapı açmışdı.Başçıya pul çatmamışdı deyə(başçı onda Abidin Fərzəliyev idi) başçı özü gəlmişdi qapıya.Onlara verməyə pulları olmadığına görə qapını bağladılar.Hətta bu işə müd.naziri də qarışmışdı.Evlər idarəsinin rəisini sıxma-boğmaya salmışdılar.(bina müd.nazirliyinə tabe olan evlər idarəsinin ərazisində idi.Kaveroçkin küçəsi.)

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər