Ru
18:48 / 06 Dekabr 2022

Parlamentdə yumruqlaşdılar: Deputatın başı yarıldı - VİDEO

3451

Türkiyə Böyük Millət Məclisində bu gün aparılan büdcə müzakirələri deputatların davası ilə nəticələnib.



Bakupost.az Türkiyə mediasına istinadən bildirir ki, CHP partiyasından Özgür Özellə ölkənin hakim Ədalət və İnkişaf partiyasından (AKP) Bülent Turan arasında yaranan mübahisəyə İYİ partiyasından Ümit Beyaz da müdaxilə edib. Daha sonra digər millət vəkilləri də mübahisəyə qatılıb və parlamentdə dava düşüb. Deputatlar əlbəyaxa savaşa çıxıb bir-birilərinə yumruqla zərbələr endiriblər. Onlardan bəziləri yerə yıxılıb və zədə alıb.


AKP-li deputat Zafer Işıkla yumruqlaşan İYİ partiyasından deputat Hüseyin Örs xəstəxanalıq olub. Başı yarılan deputat reanimasiyaya yerləşdirilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər