Ru
13:48 / 02 Dekabr 2022

Paşinyan “Artsax Respublikası” ifadəsinin əleyhinədir - Erməni deputat

2025
Hakim partiya “Artsax Respublikası” və “Qarabağın öz müqəddəratını təyinetmə” ifadələrinin əleyhinədir. Belə görünür ki, “Mülki müqavilə” fraksiyası parlamentdə Qarabağ və Ermənistanla bağlı bəyanatın qəbuluna səs verməyəcək.

Bakupost.az erməni Teleqram kanallarına istinadən xəbər verir ki, bunu bü gün jurnalistlərə müsahibəsində “Hayastan” blokunun deputatı, "Daşnaksütyun" partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan bildirib.

Onun sözlərinə görə, müxalifətin hazırladığı bəyanat layihəsində Qarabağın öz müqəddəratını təyin etməsindən, statusundan, eləcə də Ermənistanın öhdəliklərindən bəhs edilir.

Saqatelyan əlavə edib ki, hakim partiyanın “Mülki müqavilə” fraksiyası bəyanatın mətnindən “Artsax Respublikası” ifadəsinin çıxarılmasını, onun “Qarabağ erməniləri” ifadəsi ilə əvəz edilməsini təklif edib.

“Bundan əlavə, onlar mətndən öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi və Ermənistanın öhdəlikləri ilə bağlı bəndləri çıxarıblar”, - deputat qeyd edib.

Onun sözlərinə görə, bəyanat layihəsində heç bir siyasi qiymət yoxdur, söhbət yalnız Qarabağ və Ermənistana aiddir.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər