Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə razılıq yoxdur.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
O, Praqa görüşünü Brüssel danışıqlarından daha effektli sayıb. Paşinyan həmçinin, Praqa formatını genişləndirərək ABŞ və Almaniyanı da bu formata əlavə etməyin mümkün olduğunu qeyd edib.
“Əgər Azərbaycan Fransanın Praqa formatında olmasından razı deyilsə, onu genişləndirmək, məsələn, Almaniya, ABŞ-ı dəvət etmək olar”, - Baş nazir əlavə edib.