Ru
13:59 / 21 Yanvar 2023

"Paşinyan ordunu məhv edir" - Erməni ekspert

1445
"Geqarkunikdə hərbçilərin ölümü Ermənistanın müdafiə sisteminin deqradasiyasının təzahürüdür".

Bakupost.az “Armenia Today”a istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan Azat kəndində 15 hərbçinin ölümü ilə nəticələnən yanğını şərh edərkən bildirib.

O qeyd edib ki, dünyanın istənilən ordusunda insan tələfatına səbəb olan faciəvi qəzalar baş verə bilər: "Lakin bu halda söhbət səhvlərdən yox, əslində Ermənistanın bütün müdafiə sisteminin dağılmasından və deqradasiyasından gedir".

Ekspert vurğulayıb ki, bu, birbaşa baş nazir Nikol Paşinyanın məqsədyönlü şəkildə apardığı kadr siyasəti və silahlı qüvvələrin bir institut kimi bilərəkdən zəiflədilməsinin nəticəsidir.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər