Ru
17:37 / 18 Yanvar 2023

Paşinyan: Sülh sazişi imzalamağa hazırıq

1656
Ermənistan Praqada əldə olunan razılaşmalar əsasında Azərbaycanla sülh sazişi bağlamağa hazırdır.

Bakupost.az erməniKİV-ə istinadən xəbər verir ki, bunu bu gün Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Qeyd edək ki, ötən ilin oktyabrında Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanınbaş naziri Nikol Paşinyanla Praqada keçirilən dördtərəfli görüşündəmn sonra Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyərək bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar. Həmçinin tərəflər bunun sərhədlərin delimitasiyası üzrə komissiyaların işi üçün əsas olacağını təsdiqləyiblər.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər