Ru
09:32 / 16 Sentyabr 2022

Paşinyan yenə Blinkenlə danışdı

1033
ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti telefon danışığı olub.


Bakupost.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays açıqlama verib.


Prays telefon danışığının sentyabrın 15-də baş tutduğunu deyib.


“Dövlət katibi Azərbaycana və Ermənistana məsələnin sülh yolu ilə həllində yardım göstərməyə sadiq olduğunu bildirib”.


Telefon danışığında Entoni Blinken diplomatiyanın məsələnin həlli üçün yeganə yol olduğunu və bu məsələ ilə şəxsən məşğul olacağını deyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər