Ru
11:57 / 16 Sentyabr 2022

Paşinyana sui-qəsd təşkil oluna bilər - Politoloq

1148
Paşinyanın parlamentdə dünənki çıxışından sonra Ermənistanda vəziyyət gərginləşib. Müxalifət etiraz aksiyalarına başlayıb.


Ermənistanda bu etirazlar Paşinyanın devrilməsi ilə nəticələnə bilərmi? Onun hakimiyyəti devrilsə, Azərbaycanla Ermənistan arasında münaqişə yenidən qızışa bilərmi?


Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Bakupost.az -a açıqlamasında deyib ki, Ermənistanda çevriliş ehtimalı istisna deyil.


Politoloq "Paşinyan devrilə bilərmi" sualını belə cavablandırıb:




“Radikal müxalifət insanları Paşinyana qarşı etiraz etmək üçün küçələrə səsləyir. Etirazın çox böyük miqyas aldığını söyləmək çətindir. Həmçinin İkinci Qarabağ müharibəsindən sonra Paşinyanı devirə bilmədilər. İndi yenidən küçələrə çıxsalar da, çoxluq təşkil etmirlər. Əlbəttə, biz istəyərdik ki, Paşinyanla danışıqlar davam etməsin və sənədlər imzalansın. Lakin Paşinyan gah nala, gah mıxa vurur. Dünən dedi ki, Azərbaycanla sülh sazişi imzalanmalıdır, başqa yolumuz yoxdur. Daha sonra bunu inkar etdi. Çünki Paşinyan verdiyi vədləri yerinə yetirmir. Bu da onun ciddi siyasətçi olmadığının bariz nümunəsidir. Hərbi toqquşmalar da onun siyasətilə bağlıdır. Əgər verdiyi vədləri yerinə yetirsəydi, təxribatlara getməsəydi toqquşmalar olmazdı. Əksinə, sərhədlər müəyyənləşərdi, dəhliz açılardı, sülh sazişi də imzalanardı. Bu üç sənəd olmadığına görə bölgədə vəziyyət gərgindir. Görünür, Paşinan hələ də özü üçün dərs çıxarmayıb. Bu mənada müxalifət Paşinyanı devirməyə çalışacaq. Parlamentdə səs çoxluğu müxalifətə kifayət etmir. Hələ ki meydanda da onu devirə bilmirlər. Amma sui qəsd və çevriliş ehtimalını da istisna etmirəm”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər