Ru
14:13 / 17 Noyabr 2022

"Paşinyanın təklifi Azərbaycan üçün qəbuledilməzdir" - Politoloq

1567
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi əvəzinə çərçivə sazişi imzalamağı nəzərdən keçirdiklərini deyib. O, bunu sərhədlərin delimitasiyası prosesinin bir neçə il çəkə biləcəyi ilə əsaslandırıb. Paşinyanın sözlərinə görə, çərçivə sazişi imzalamaq üçün Ermənistan-Azərbaycan sərhədi hərbsizləşdirilməli, qoşunlar qarşılıqlı çıxarılmalı və sərhədin müəyyənləşdirilməsində 1990-cı ilin xəritələri əsas götürülməlidir.




Mövzu ilə bağlı Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Bakupost.az -a açıqlama verib.

Təklifin yeni olmadığı bildirən politoloq hesab edir ki, bu məsələ Ermənistanın vaxt qazanmaq üçün yeni cəhdidir:

“Artıq ümumi danışıqlarda bu təklif bir neçə dəfə rədd edilib. Növbəti dəfə səsləndirilsə, yenə də rədd ediləcək. Onlar bunu 2021-ci ilin may ayından deyirlər. Bu da onu göstərir ki, Ermənistanın Silahlı Qüvvələrinin öz sərhədlərini təmin etmək üçün resursu yoxdur. Digər tərəfdən, bu yaxınlarda Ermənistan büdcəsindən məhz o ərazilərdə tikinti işləri aparmaq üçün 50 milyon dollara yaxın pul ayrılıb. Yəni, Paşinyan belə təkliflərlə ancaq vaxt qazanmaq niyyətindədir. Bu, Azərbaycan tərəfində qəbuledilməz bir təklifdir. Çünki Azərbaycan öz ərazisindən silahlı qüvvələrini çəkmək niyyətində deyil”.


F.Məmmədov təklifin sülh sazişi çərçivəsində müzakirə olunmadığını da qeyd edib:


“Paşinyan deyir ki, sülhlə bağlı detallı deyil, çərçivə sazişi imzalamağa hazırdır. Detallı saziş daha ətraflı olur, çərçivə sazişi isə müəyyən prinsipləri əhatə edir. Bu konteksdən yanaşsaq, onun təklifi ancaq danışıqlar üçün mövzu ola bilər. Amma hər hansı bir qərar üçün əsas deyil”.

Aynur
BakuPost
Şərhlər
  • Ramin

    Bu Pasinyanin nazi ile cox oynayirsiniz Zengezur ve Xankendinde emeliyyata baslamaq lazimdir tecili.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər