Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:53 / 14 Oktyabr 2024

"Paytaxtı köçürməkdənsə, metronu genişləndirmək lazımdır" - Ekspert

2565
"Paytaxtı köçürməkdənsə, ona sərf ediləcək pulu ictimai nəqliyyatın sayının artırılmasına, yolalrıngenişləndirilməsinə xərcləmək lazımdır".

Bunu Bakupost.az -a açıqlamasında nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev son vaxtlar paytaxtın keçirilməsi barədə aparılan müzakirələrə münasibət bildirərlən deyib.

O bildirib ki, Bakıda metro şəbəkəsi genişləndirilərsə, paytaxtı köçürməyə ehtiyac qalmaz:

“İki dəqiqə intervalla 1600-1700 sərnişin daşıyan ictimai nəqliyyat növünün hazırda alternativi yoxdur. Ona görə də biz metro şəbəkəsini genişləndirməli, ictimai nəqliyyat növlərinin sayını artırmalıyıq ki, hər kəs şəhərə avtomobillə daxil olmasın. Bu gün Bakıda sıxlıq yaradan əsas amillərdən biri də ictimai nəqliyyatın inkişaf etdirilməməsi, avtomobilləşmənin artmasıdır. Bu problemlərin qarşısı alınarsa, paytaxtı köçürməyə ehtiyac qalmaz".

Sevinc, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar