Ru
09:22 / 30 Dekabr 2022

Pele 30 mərtəbəli qəbiristanlıqda dəfn ediləcək

28208
Braziliya millisinin heyətində üçqat futbol çempionu Pelenin dəfn mərasimi yanvarın 3-də Santos şəhərində keçiriləcək.


Bakupost.az bildirir ki, bu barədə “Santos” klubunun saytı məlumat yayıb.


Vida mərasimi yanvarın 2-də yerli vaxtla saat 10:00-da başlayaraq bir gün davam edəcək. Daha sonra dəfn mərasimi çempionun dəfn olunacağı dünyanın ən böyük şaquli qəbiristanlığında baş tutacaq.

Buradakı mərasimdə yalnız ailəsi və yaxın dostları iştirak edəcək.

Pele 19 il əvvəl bu qəbiristanlıqda yer alıb. Qəbiristanlıq 30 mərtəbəli binadır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər