Ru
17:55 / 02 İyun 2022

Peledən Putinə müraciət: Müharibəni dayandır!

3136
Əfsanəvi braziliyalı futbolçu Pele Ukrayna ilə bağlı Rusiya prezidenti Vladimir Putinə açıq müraciət edib.


Bakupost.az xəbər verir ki, Rusiya prezidenti ilə 2017-ci ildəki görüşünü xatırladaraq, xoş təəssüratlarını bölüşən Pele Putindən Ukraynadakı konflikti dayandırmağı xahiş edib.

O, açıq məktubunda Rusiya liderini Ukraynanın işğalını və ordunu geri çəkməyi tövsiyə edib.

Pele məktubu İnstaqramdakı profilində paylaşıb.

O, paylaşımını Ukrayna - Şotlandiya yığmalarının matçı öncəsi edib.

“Mən bu məktubu şəxsən yazdım, ümid edirəm təcavüz dayanacaq, sülh bərqərar olacaq. Bu konflikti dayandırmaq gücü sizin əlinizdədir. O əl ki, Moskvada 2017-ci il görüşümüzdə bərk-bərk sıxmışdım”.


Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər