Ru
21:08 / 02 Avqust 2022

Pelosi Tayvana niyə səfər etdi? - "Danışılmış döyüşə bənzəyir"

1556

"Rusların xəbər kanalları, Kremlin sözçüləri Nancy Pelosinin Tayvana səfərini pisləyir, Tayvanı tanınmamış "ölkə", ABŞ-ın addımını isə provokasiya adlandırır və tanınmamış bir "ölkəyə" heç bir rəsmi şəxsin səfər etməyə haqqı olmadığını deyirlər - gözəl də deyirlər, amma özləri hər şeyi tərsinə edirlər axı!".


Bakupost.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.


O, Rusiyanın tanınmamış bölgələrdəki addımlarını xatırladıb:


"Rusiya Abxaziya və C.Osetiyaya, sonra da "DXR/LXR"ə, nəinki rəsmilərini göndərirdi, qoşun çəkib işğal etdi. Bu bir qırağa, Xankəndində bəslədiyi qondarma rejimlə Moskva rəsmiləri ora səfər edib görüşürlər. Qarabağda yerləşən "rusməramlılar" Xankəndinə kimi gəldi, Bakının icazəsi və bilgisi olmadan buraxırar - bəs buna nə deyəsən?! Rusiyanın ən böyük zəif nöqtəsi tutarsızlığıdır, dediyi ilə əməli həmişə 180 dərəcə fərqlənir, ona görə də qeyri-ciddi və aqressiv "izqoy" ölkəyə çevrilib".


N.Cəfərli Pelosinin səfərini isə belə şərh edib:


"Gələk Pelosinin Tayvana israrlı səfərinə... Adamın ürəyi ağrıyır, o boyda ABŞ görün nə vəziyyətə qalıb, Demokratlar Partiyası payızda ara seçkiləri uduzmasın deyə, belə ucuz addımlarla reytinq yığmağa çalışır. Hətta "danışılmış döyüşə" də bənzəyir - Çinə Demokratlar daha sərf edir, Respublikaçıların, "Trampistlərin" payızda qələbəsi Çin üçün arzuolunan deyil.


Ümumiyyətlə, Qərbin son 50 ildə ən böyük hədəflərindən biri SSRİ (sonra da Rusiya) ilə Çinin yaxınlaşmasına imkan verməmək idi - amma son 6-7 ildə hər şeyi etdilər ki, bu iki "monstr" daha da yaxın olsunlar, indi bu ağılsızlıqdı, ya düşünülmüş taktika?! Açığı, bilmirəm, amma ağılsızlığa daha çox bənzəyir..."


Aysel
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər