Ru
23:58 / 17 Noyabr 2022

Pelosi vəzifəsini tərk edir

1693
Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının lideri vəzifəsini tərk edir.


Bakupost.az xəbər verir ki, o, bunu qanunverici orqanın aşağı palatasının iclasındakı çıxışında elan edib.


O, yanvarda baş tutacaq Konqresdə Demokratlar Partiyasının liderliyi üçün namizədliyini verməyəcəyini açıqlayıb:

"Mənim üçün çox hörmət etdiyim Demokratlar Partiyası qrupuna yeni nəslin rəhbərlik etməsinin vaxtı çatıb. Minnətdaram ki, çoxları bu böyük məsuliyyəti öz çiyninə götürməyə hazırdır".


Bildirilir ki, 82 yaşlı Pelosi təqaüdə çıxmayacaq, Konqresin aşağı palatasında işləməyə davam edəcək.


Hazırda Konqresdə Pelosi Nümayəndələr Palatasının spikeri vəzifəsindədir. Noyabrın 8-də keçirilən aralıq seçkilərdə Demokratlar Nümayəndələr Palatasında çoxluğu itirib, nəzarət Respublikaçılar Partiyasına keçib. Buna görə də Konqresin aşağı palatasının növbəti spikeri respublikaçı olacaq. Bu vəzifəni Kevin Makkartinin tutacağı gözlənilir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər