Ru
18:54 / 02 Avqust 2022

Nensi Pelosi Tayvandadır - FOTO / YENİLƏNİB

2133
ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın paytaxtı Taybeydə enib.


Nensi Pelosini hava limanında Tayvan rəsmiləri qarşılayıb.


***

18:36

Tayvan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini daşıyan ABŞ hökumətinin xüsusi reysini müşayiət edib.


Bakupost.az xarici mediaya istinadən bildirir ki, bunun üçün Okinavadakı Amerika bazasından beş tanker təyyarəsinin müşayiəti ilə səkkiz F-15 qırıcısı qaldırılıb.


Məlumata görə, Pelosinin təyyarəsi artıq Tayvanın hava məkanına daxil olub.


Çin Hərbi Hava Qüvvələrinin Tayvan istiqamətinə Su-35 qırıcıları göndərdiyi barədə də məlumatlar var. Qırıcıların Tayvan boğazı istiqamətində hərəkət etdiyi bildirilir.


Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının sədrinin səfəri ilə əlaqədar Çinlə gərginliyin artması səbəbilə Tayvanda müxtəlif təhlükəsizlik tədbirləri görülüb. Tayvan səlahiyyətliləri ölkənin böyük şəhərlərində bomba sığınacaqlarının hazırlanması üçün göstərişlər veriblər.


Nensi Pelosi Tayvandadır - FOTO / YENİLƏNİB
Nensi Pelosi Tayvandadır - FOTO / YENİLƏNİB
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər