Ru
14:45 / 21 Yanvar 2023

Pensiya islahatı Fransanı çalxaladı - 2 milyon insan etiraza qalxdı

1562
Fransada pensiya islahatlarına qarşı nümayişlərdə iştirak edən etirazçıların sayı 1,2 milyon nəfərə çatıb. Parisdə keçirilən aksiyalarda isə 80 min nəfər iştirak edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti bildirib.

Ümumi Əmək Konfederasiyasının məlumatına görə isə ölkə üzrə aksiyaya qoşulanların sayı 2 milyon (Fransa paytaxtında 400 min ) nəfərə çatıb.

Nümayişlər bir sıra böyük şəhərlərdə, o cümlədən Marsel, Strasburq, Bordo, Lill, Tuluzada, hətta Fransadan xaricdə də keçirilib. Etirazçılar pensiya yaşının 62-dən 64-ə qaldırılmasına qarşı çıxıblar. Yeni etiraz aksiyası yanvarın 31-nə təyin edilib.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron bildirib ki, böhran şəraitində eyni həyat səviyyəsini saxlamaq və pensiya almaq üçün fransızlar daha çox çalışmalı olacaqlar. O əlavə edib ki, 2027-ci ilə qədər Fransanın pensiyaları maliyyələşdirmək üçün 10-12 milyard avroya ehtiyacı olacaq. Makron tərəfindən irəli sürülən pensiya islahatı layihəsi 2031-ci ilə qədər pensiya yaşının tədricən 62-dən 65 yaşa qədər artırılmasını nəzərdə tutur.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər