Ru
20:00 / 06 May 2022

"Peşə təhsili dövründə oğlanlara hərbidən möhlət hüququ verilməlidir” - Ekspert

4420
“Sovet dövründə şagirdlərdə peşə təhsilinə böyük maraq var idi. O dövrdə çox insanlar peşə təhsili alırdı. Keçid dövründə istehsal müəssisələri ləğv olunduğundan peşə təhsilli kadrlara tələb azalıb. Son illər Prezidentin göstərişi ilə peşə təhsilinə yenidən diqqət göstərilir. Buna da səbəb bəzən müasir texnologiyalar üzrə ölkəmizdə ixtisaslı fəhlələrin qıtlığıdır. Artıq peşə məktəblərimizin çoxu təmir edilərək müasir avadanlıqlarla təmin edilib. Koreya hökumətinin dəstəyi ilə müasir dövrün tələblərinə uyğun peşə məktəbləri yaradılıb. Amma oğlanlara peşə təhsilində hərbidən möhlət hüququnun verilməməsi onların peşə təhsilinə marağını azaldır”.



Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.


Ekspert əksər oğlanların hərbi xidmətdən qayıtdıqdan sonra peşə təhsilini davam etdirmədiklərini təsdiqləyir. Bu problemi aradan qaldırmaq üçün peşə təhsili dövründə oğlanlara hərbidən möhlət hüququnun verilməsini vacib sayır:


“Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Ölkəmiz müharibə şəraitində deyil. Ona görə də peşə təhsili müddətində oğlanlara hərbidən möhlət verilməsinə zərurət var. Bu, onların hərbi xidmətdən sonra əmək bazarında özlərinə iş tapmasına da yardım edəcək”.


N. İsrafilovun sözlərinə görə, peşə öyrənmək üçün təhsildə fasilə əldə edilən biliklərin unudulmasına səbəb olur. Bütün bunlar nəzərə alınaraq peşə təhsilinə də ali təhsildə olduğu kimi hərbidən möhlət hüququ verilməlidir.

Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər