İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
Bakupost.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi bildirib.
İran prezidenti İslam ölkələri arasında münasibətlərin gələcək inkişafına töhfə verəcək bütün layihələri alqışladıqlarını vurğulayıb.
O, Tehran və Bakı arasında razılaşmaların icrasının sürətləndirilməsinə çağırış edib.
Şahin Mustafayev da öz növbəsində Azərbaycanın İranla əlaqələrini genişləndirməyə hazır olduğunu qeyd edib.