Ru
12:02 / 29 İyul 2022

PFL-in yeni prezidenti o seçildi

1654
Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) konfransı keçirilib.


Bakupost.az -ın qurumun rəsmi saytına istinadən məlumatına görə, konfransda PFL prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və elitanın 9 klubunun nümayəndələri iştirak ediblər.


Avrokubok oyunlarına görə səfərdə olduqlarından “Zirə”nin nümayəndəsi iclasda olmayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.


Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər