Ru
10:42 / 10 Noyabr 2022

Pişiyin babalı tutdu - 3 il həbs yatacaq

9056
Rusiyanın Novosibirsk şəhərinin Dzerjinski rayonunda pişiyi döyüb öldürdüyü anları lentə alaraq dostuna göndərən 19 yaşlı yerli sakin 3 il müddətinə azadlıqdan məhrum edilib.


Bakupost.az Lenta.ru-ya istinadla xəbər verir ki, istintaqın məlumatına görə, müttəhim uzun müddət heyvanı boğub, başına çəkiclə vurub, sonra isə onu bir neçə dəfə sərt səthə çırpıb. O, baş verənləri mobil telefonun yaddaşına köçürüb və videonu dostuna göndərib.


Məhkəmə onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 245-ci maddəsinin 2-ci hissəsi (“heyvanlarla amansız rəftar”) ilə təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edib.


Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər