Ru
11:42 / 20 May 2022

Polis tüstüdən zəhərlənən şəxsi belə xilas etdi - VİDEO

5021
Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.

Daxili İşlər Nazirliyindən Bakupost.az -a bildirilib ki, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi RPİ-nin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.

Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər