Ru
17:06 / 18 Yanvar 2023

Foto TikTokda "jeton" toplamaq niyyəti ilə çəkilib - DİN rəsmisindən REAKSİYA

3389
Daxili İşlər Nazirliyi (DİN) bu gün saçı qırxılmış halda fotosu yayılan şəxslə bağlı iddialara cavab verib.

Bakupost.az -ın məlumatına görə, DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, təqsirli bilinən şəxslər polis orqanına əlində telefonla

"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda "jeton" toplamaq niyyəti ilə çəkilib".

Xatırladaq ki, "Tik-Tok" sosial şəbəkəsində canlı yayım açaraq polisin ünvanına təhqirlər səsləndirən gəncin tutularaq ona qarşı aşağılayıcı hərəkətlər edildiyi bildirilib. Hadisə ilə bağlı sosial şəbəkədə fotolar yayılıb və qeyd edilib ki, həmin şəxs saxlanıldıqdan sonra onun uzun saçları yığılmış və qırxılmış formada fotoları çəkilib. Hadisənin nə vaxt və hansı ərazidə baş verməsi hələlik açıqlanmayıb. DİN hadisənin polis tərəfindən törədilməsini təkzib edib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər