Ru
09:59 / 26 Yanvar 2022

Polisə 11 min manatının oğurlandığını dedi, yalanı üzə çıxdı

1157
11000 manat pulunun oğurlanması ilə bağlı polisə yalan məlumat verən şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakupost.az -a verilən məlumata görə, Lənkəran rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11000 manat pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər