Ru
17:13 / 08 Avqust 2022

Polisin hadisəyə 2 saat sonra müdaxiləsi ciddi suallar doğurur - Ekspert

3245
Xəbər verdiyimiz kimi, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qaldı.


Səfirliyin binasına daxil olan qrup üzvləri dini bayraqlar qaldıraraq, radikal şüarlar səsləndiriblər. Britaniyanın aparıcı media orqanları Azərbaycanın Londondakı əsas diplomatik nümayəndəliyinə qarşı hücumun təqdimatına, demək olar, yer vermədi. "BBC”, “ITV”, “Sky news” kimi nüfuzlu telekanallar, “The Times”, “Daily Mail”, “The Telegraph”, “The Spectator”, “Private Eye”, “The Guardian” kimi populyar nəşrlər nədənsə bu faktıı susaraq qarşıladılar.

Məsələ ilə bağlı media eksperti Ələsgər Məmmədli Bakupost.az -a açıqlama verib.


Ə.Məməmmədli qeyd edib ki, polisin hadisəyə 2 saat sonra müdaxilə etməsi ciddi sullar doğurur:


“Londondakı səfirliyimizə hücumu Britaniya KİV-lərinin bir neçəsi işqılandırsa da, əksəriyyəti heç reaksiya vermədi. Britaniya tərəfi bu hadisə ərəfəsində və hadisə zamanı ciddi qüsurlara yol verib. Səfirlikdə Vyana konvensiyasına zidd olan hadisələr baş verdi. Hətta demk olar ki, polis kontrolonda. Bu ayrıca araşdırma mövzusudur. Əminəm ki, Azərbaycan hökuməti bununla bağlı detalları tələb edəcək. Nəyə görə 2 saat ərzində səfirliyin binasında hansısa axtarışlar aparılmasına, hansısa sənədlərin götürülməsinə, dağıntılar edilməsinə imkanlar yaradıldı? Bu aspektdən Britaniya hökumətinin hadisəyə yanaşması, tutulan şəxslərin adlarının açıqlanmaması da ciddi bir problemdir. Bu suallar böyük ehtimalla heç vaxt cavabını tapmayacaq”.

Ə.Məmmədli vurğulayıb ki, Londondakı hadisə ölkə rəsmiləri və polis orqanları tərəfindən sıradan bir aksiya kimi təqdim olunduğu üçün mediada ikinci plana keçdi:


"Bilirik ki, bütün mətbuat bu və ya digər formada hökumətlə, polis strukturları ilə əməkdaşlıq edir. Bu, ümumi yanaşmadır. Lakin bizdə bu xəbərin yazılmaması barədə göstərişin məhz hökumətdən gəldiyi barədə fakt yoxdurb. Eyni zamanda saytlarda xəbərin necə təqdim olunma məsələsi var. Çünki baş verən hadisə sıradan bir binada deyil, diplomatik səfirlikdə baş verib. Bu da məsələnin rəngini dəyişir. Diplomatik missiyalar həm kamera müşahidələri əsasında, həm də xüsusi xidmət orqanları tərəfindən ciddi qoruma altında olur. Londonun dünyada ən ciddi qorunan şəhərlərdən biri olduğunu nəzərə alsaq, hadisənin orada baş verməsi təəccüb doğurur. Eyni zamanda rəsmi orqanlar və polis tərəfindən adi aksiya kimi təqdim olunması səbəbindən bu hadisə Britaniya mediası tərəfindən ictimai əhəmiyyətli hesab edilməyə bilər. Halbuki diplomatik təmsilçiliyə hücum, vandalizm hərəkətləri, böyük ehtimalla sənədlərin oğurlanması, eyni zamanda bayrağa qarşı hörmətsizlik çox ciddi hadisələrdir. Araşdırılması çox vacibdir”.




Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər