Ru
19:24 / 13 Mart 2023

Polşa Saakaşvilinin müayinəsi üçün Gürcüstandan cavab gözləyir

1474
Polşa hökumətinin sözçüsü Piotr Müller ölkə adından Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini müayinə etmək üçün tibb işçilərini göndərməyə hazır olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Humanitar tibb qrupu Gürcüstana getməyə və yerində müvafiq müayinələr aparmağa hazırdır”, - Müller deyib.

Onun sözlərinə görə, indi Polşa Gürcüstan tərəfinin razılığını gözləyir:

“Gürcüstan hakimiyyətinin özlərini qınamaq üçün heç bir səbəbi yoxdursa, belə razılıq veriləcək”.

O, Saakaşviliyə tibbi yardım məsələsinin beynəlxalq ictimaiyyətdə narahatlıq və şübhələr yaratdığını qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər