Ru
14:11 / 06 Oktyabr 2022

Praqa sammiti: Ərdoğan-Paşinyan görüşü nəyi dəyişəcək? - ŞƏRH

5241
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Praqada Avropa Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.


Onlar iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivini müzakirə edəcəklər. Qeyd edək ki, bu, Ərdoğan və Paşinyanın ilk üzbəüz görüşü olacaq.


Maraqlıdır, bu görüş Azərbaycanla Ermənistan arasında sülh prosesinə necə təsir edəcək?



Politoloq hesab edir ki, Türkiyə və Azərbaycan koordinasiya edilən bir fəaliyyət içərisindədir. Ona görə də Ermənistanla münasibətlərə də bu konteksdən baxılmaldır:




"Türkiyə1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi. 1993-cü ildə ermənilərin Kəlbəcər və Azərbaycanın digər rayonlarını işğal etməsilə əlaqədar Türkiyə bi ölkə ilə sərhədlərini bağladı. Faktiki olaraq, o vaxtdan iki ölkə arasında diplomatik münasibətlər olmayıb. Amma müəyyən dövrlərdə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün müəyyən cəhdlər olub. Bu cəhdlərdən biri 2009-cu ildə Sürix protokollarının imzalanması idi. Amma Ermənistanın ənənəvi əsassız iddiaları nəticədində imzalanmış sənədlər ratifikasiya olunmadı və proses donduruldu. Azərbaycan 2020-ci ildə 44 günlük savaşdan sonra artıq bölgədə yeni reallıqlar yaratdı. Türkiyə və Azərbaycan Cənubi Qafqazda sülh prosesini dəstəkləyərək, bölgədə əmin-amanlıq təşəbbüsü ilə çıxış etdilər. Bunun nəticəsi olaraq Türkiyə və Azərbaycan əlaqələndirilmiş bir fəaliyyət içərisindədir. Ermənistanla münasibətlərə də bu konteksdən baxılmaldır. Ermənistanın nəhayət, Türkiyə ilə münasibətlərin normallaşmasına pozitiv baxmasından sonra tərəflər xüsusi nümayəndələr təyin ediblər. Bu nümayəndələr artıq üç dəfə görüşb. Görüşlər nəticəsində prosesin nə qədər məsafə qət etdiyini deyə bilmərik. Təxminən iki ay yarım öncə Türkiyə prezidentilə Ermənistan baş naziri arasında telefon görüşməsi belə ümid yaradıb ki, proses normallaşma istiqamətində davam edir".


O.Qasımov qeyd edib ki, Ermənistanın düşdüyü ağır durumdan çıxması üçün Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmasına ehtiyacı var:


"Hazırda Praqada keçirilən toplantıda belə bir görüş ehtimalı kifayət qədər ciddidir. Çünki tərəflər bu görüşü keçirməyəcəkləri ilə bağlı açıqlama verməyiblər. Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, o cümlədən sərhədlərin açılması, vətəndaşlar üçün tranzit keçidlərinin asanlaşması kimi məsələlər müzakirə ediləcək. Hazırda görünən odur ki, tərəflər mübahisəli məsələlərdən mümkün qədər qaçmağa çalışacaqlar. Çünki Türkiyə tərəfinin məsələyə baxışı birmənalı və dəqiqdir. Türkiyə ermənilərin əsassız soyqırımı, o cümlədən Şərqi Anadolu torpaqlarına iddialarını heç vaxt qəbul etməyəcək. Bu cür məsələlər heç müzakirə mövzusu deyil və ola da bilməz. Ermənistan işğalçı siyasət nəticəsində düşüdüyü ağır durumdan çıxmaq üçün Türkiyə və Azərbaycanla münasibətləri normal saxlamalıdır".


Politoloq hesab edir ki, görüş olacağı təqdirdə Azərbaycan və bölgə ilə əlaqədar məsələlər də müzakirə olunacaq:


"Görüş olacaqsa, əlbəttə ki,Ərdoğan Azərbaycanla bağlı, eyni zamanda bölgəni əlaqələndirən digər məsələləri də qaldırcaq. Bu, 10 noyabr üçtərəfli bəyanatda Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Qarabağ ərazisindən qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması, kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması məsələləridir. Zəngəzur dəhlizi Türkiyə üçün də önəmli bir məsələ hesab olunur. Digər tərəfədən, Azərbaycanla sülh prosesinin aparılması, sərhədlərin delimitasiya-demarkasiya edilməsi gündəmdə olacaq. Bu görüş baş tutacaqsa, müsbət dəyərləndirirəm. Bütün hallarda masa ətrafında problemlrin müzakirəsi daha məqbul variant sayıla bilər. Hazırda çox ciddi nəticələrin olacağını düşünmürəm. Bu prosesdə sürətli və iri addımların atılması çətin olacaq. Çünki 150 ildən artıqdır ki, erməni cəmiyyəti anti-Türkiyə ruhunda yetişdirilir və xəstə düşüncəyə malikdirlər. Qeyd etdiyim qondarma erməni soyqırımı məsələsi, türk düşmənçiliyi, Ermənistan siyasətinə xarici və daxili faktorların təsiri ilkin mərhələdə böyük məsafə qətt etməyə imkan vermir".


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər