Ru
16:01 / 17 Yanvar 2022

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

1095
Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

Bakupost.az xəbər verir ki, qanuna əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının müddəti azaldılıb.

Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq.

Bundan əvvəl bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər