Ru
18:40 / 25 Noyabr 2022

Prezident Ərəb Dövlətləri Liqasının üzvlərinə təşəkkür etdi

992
“Biz İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında həmrəyliyin gücləndirilməsi üzrə fəal işləyirik”.


Bakupost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bunu noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bəyan edib.


"Biz Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanı daim dəstəklədiklərinə görə Ərəb Dövlətləri Liqasının üzvlərinə çox təşəkkür edirik. İşğal dövründə və ərazilər azad olunduqdan sonra bizi dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul olunub. Biz, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında həmrəyliyin gücləndirilməsi üzrə fəal işləyirik, bir neçə beynəlxalq tədbir keçirmişik. Pandemiya dövründə biz Ərəb Dövlətləri Liqasının və İslam Əməkdaşlıq Təşkilatı üzvləri də daxil olmaqla, dünyanın 80-dən çox ölkəsinə maliyyə və humanitar yardım göstərmişik. Bilirik ki, böyük potensial var, lakin biz iqtisadi əməkdaşlığın əsas sahələrini müəyyən etməliyik. Siyasi nöqteyi-nəzərdən hər şey aydındır, bizi dostluq münasibətləri bağlayır və mənim sammitdə iştirakım bunu göstərir. Lakin ticarət və iqtisadiyyat sahəsindəki göstəricilər, əlbəttə ki, bizi qane edə bilməz”, - deyə dövlət başçısı bildirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər