Ru
16:12 / 14 Yanvar 2022

Prezidentlərin brifinqi keçirildi - VİDEO - YENİLƏNİB

541

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.


Bundan sonra hər iki ölkənin dövlət başçıları nazirlərin və hökumət üzvlərinin iştirakı ilə mətbuat qarşısında brifinqdə çıxış edir.


Həmin görüntüləri təqdim edirik:




***

15:35



Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilir.


Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.



***

13:42


Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü başlayıb.


Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.



***

12:53


Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gedib.


Bakupost.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarşılayıblar.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər