Ru
12:06 / 14 Yanvar 2022

Maaşlar göstəricilərə görə deyil, vəzifəyə uyğun verilir- Rektor

1024
“Sovet hakimiyyəti qurulduqdan dərhal sonra “lazımsız” professorlardan yaxa qurtarmaq üçün ömürlük əmək müqaviləsi​ sistemi ləğv edildi və bu sistem müsabiqə ilə əvəz edildi".

Bakupost.az -ın məlumatına əsasən, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, ömürlük müqavilə sistemi tətbiq edilmir və müsabiqə sistemi davam edir.

Ədalət Muradov vurğulayıb ki, ali təhsil müəssisələrində istər professor-müəllim heyətinin, istərsə də inzibati işçilərin əmək haqqı sistemində sovetlərdə mövcud olan “uravnilovka”, yəni eyni vəzifə tutanlara bərabər əmək haqqı sistemi hələ də tətbiq edilir. Başqa sözlə, əmək haqqı icra göstəricilərinə görə deyil, vəzifəyə görə müəyyən edilir.

Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər