Ru
19:36 / 24 Oktyabr 2022

Professorun tələbələrdən ilginc tələbi... - Gündəmə çevrilən FOTOLAR

12768

Filippində universitetlərdən birində tələbələrin imtahana xüsusi "papaq"larla gəlmələri müzakirələrə səbəb olub.


Bakupost.az xəbər verir ki, Bikol Universitetinin professoru Meri Coy Mendeyn-Ortiz imtahanlarda köçürmə hallarının qarşısını almaq üçün Mühəndislik fakültəsinin tələbələrindən başlarına kartondan hazırlanmış xüsusi başlıqlar taxmalarını xahiş edib. Tələbələr isə yumurta qutularından, dəsmaldan, çətirdən və digər materiallardan maraqlı "papaq"lar hazırlayıblar. Bəzi tələbələr isə imtahana motosiklet dəbilqəsi və "Halloween" maskaları ilə gəlib.


Professor tələbələrin imtahan zamanı çəkilmiş görüntülərini sosial şəbəkədə paylaşıb. Müzakirələrə səbəb olan şəkillər daha sonra ölkə mətbuatında da geniş işıqlandırılıb.


BBC-yə danışan professor isə deyib ki, o, bu üsula illər əvvəl Taylandda müraciət edildiyini eşidib. Müəllimin sözlərinə görə, bu ideya artıq öz müsbət təsirini göstərib:


"Tələbələrin çoxu imtahan vaxtı bitmədən tapşırıqları həll etdi. Bu il heç kim köçürmə etmədi".

Professorun tələbələrdən ilginc tələbi... - Gündəmə çevrilən FOTOLAR
Professorun tələbələrdən ilginc tələbi... - Gündəmə çevrilən FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər