Ru
20:22 / 21 Yanvar 2022

Bakıda dəhşətli hadisə: Özünü ağaca bağlayıb yandırdı - RƏSMİ

1727
Yanvarın 19-da, saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimovun özünü məftil ilə ağaca bərkidib yandıraraq öldürməsi faktı ilə bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılmış videogörüntülərlə bağlı daxil olmuş sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı Nadir Həşimovun meyiti xarici və daxili müayinə olunub, meyitin üzərində yanıq xəsarətlərindən başqa hər hansı kənar xəsarət aşkar olunmayıb.

Hazırda araşdırma davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər