Ru
13:51 / 18 May 2022

Puqaçova Rusiyaya nə vaxt qayıdacağını açıqladı

1629
Ukraynaya hücumdan sonra əri və uşaqları ilə İsrailə gedən xalq artisti Alla Puqaçova Rusiyaya qayıdıb-qayıtmayacağı barədə açıqlama verib.

Bakupost.az xəbər verir ki, müğənni "İzvestiya"nın müxbirinə payızda vətənə qayıdacağını bildirib.

“Tətillər bitir, məktəblər başlayacaq. Uşaqlarım dərsə gedəcək. İndi onlar onlayn oxuyur. Biz payızda qayıdacağıq”.

Puqaçovanın yanında olan əri Maksim Qalkin isə yoldaşının bu cavabını şərh etməyib.

Qeyd edək ki, Ukraynanın tərəfini tutan Qalkin Rusiyada xalq düşməni elan edilib, bütün verilişləri dayandırılıb.

Ötən ay onların uşaqları üçün yaşadıqları yerdə məktəb axtardıqları barədə xəbər çıxmışdı.

Görünür, Puqaçova Rusiyadan tamam çıxmaq planını dəyişib.

Onlar Rusiyanı tərk edərkən istirahətə və müalicə üçün getdiklərini elan ediblər.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər