Rusiya 9 mayda Ukraynaya rəsmi şəkildə müharibə elan edə bilər.
Bakupost.az xəbər verir ki, bu barədə CNN-in öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin sözügedən tarixin əhəmiyyətindən də istifadə edərək vacib açıqlama verə bilər.
Bu, hansısa bir uğurun qazanılması, hərbi əməliyyatların daha da şiddətlənməsi və ya digər bir açıqlama ola bilər.
Qeyd olunub ki, bu variantlar arasında ən güclüsü Rusiyanın 9 mayda Ukraynaya rəsmi şəkildə müharibə elan etməsidir. Belə ki, faktiki olaraq müharibə getsə də, Rusiyada bunu xüsusi hərbi əməliyyat adlandırırlar.