Ru
13:00 / 02 Avqust 2022

“Putin bütün Ukraynanı işğal edəcək” - Tramp

2009
Ukrayna genişmiqyaslı müharibənin qarşısını almaq üçün Krımdan imtina etməli və Rusiya Prezidenti Vladimir Putinlə razılaşma imzalamalı idi.


Bakupost xəbər verir ki, bunu ABŞ-ın 45-ci prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, Ukrayna Krımı “verə” və ya NATO-ya üzv olmamağa razılaşa bilərdi.

“Onlar Krımdan imtina edə, NATO ilə bir şey edə bilərdilər. Deyə bilərdilər ki, "yaxşı, biz NATO-ya daxil olmayacağıq". O zaman onların bir ölkəsi olardı. Mən hesab edirəm ki, Putin razılıq əldə etmək istəyirdi”, - ABŞ-ın keçmiş prezidenti deyib.

Ağ Evin keçmiş rəhbəri qeyd edib ki, o, Putinin Ukrayna ilə nə vaxtsa müharibəyə başlamaq niyyətində olduğuna inanmır, lakin indi bütün ölkəni ala bilər, çünki o, artıq başlayıb:

“O, bütün Ukraynanı ələ keçirəcək. Ukraynanın başına gələnləri görmək olduqca kədərlidir".

Bundan əlavə, Tramp Putinin işğaldan əvvəl Ukrayna sərhədlərinə hərbçilər və texnika yerləşdirməsini “əla danışıqlar taktikası” adlandırıb.

“İndi siz tamamilə yanmış binalara baxırsız, orada insanların hamısı ölüb. Çoxlu insan itirmisiniz. Müharibəyə qədər razılaşma əldə etmək olardı. Putin danışıqlar aparmaq üçün sərhədə 200.000 əsgər yerləşdirdi, lakin razılığa gələ bilmədi. İndi mən əmin deyiləm ki, siz bu qədər asanlıqla onunla sövdələşə bilərsiniz” - Tramp vurğulayıb.


Zaur
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər